XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Çempionlar Liqasında 1/4 finalın son iştirakçıları müəyyənləşəcək
İdman 10:04 / 15.03.2023

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaq.

İspaniya "Real Madrid"i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi "Liverpul"u qəbul edəcək. Görüşün baş hakimi almaniyalı Feliks Tsvayer olacaq.

Gecənin digər matçında isə "Napoli" İtaliyada Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını sınağa çəkəcək. Neapol təmsilçisi ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Oyunu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika", İngiltərəninelsi" və "Mançester Siti", həmçinin İtaliyanın "Milan" və "İnter" komandaları 1/4 finala vəsiqə qazanıblar.


26283 oxunub

InvestAZ