XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadın həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçirilib
İdman 10:56 / 14.03.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunları keçirilib. XV turda autsayder U-16 komandası ilə qarşılaşan "Qarabağ” pərəstişkarlarını inamlı qələbə ilə sevindirib – 51:20.

Turun "Azərsu”–"İdman Akademiyası” matçında da sürpriz qeydə alınmayıb. Oyun meydançaya favorit qismində çıxan nominal qonaqların 42:19 hesablı qələbəsi ilə nəticələnib.

XVI turun görüşləri də eyni ssenari ilə yadda qalıb. Bu dəfə meydançaya ev sahibi kimi çıxan "Qarabağ” U-16-nı daha böyük hesabla məğlub edib – 46:12. "İdman Akademiyası” həndbolçuları isə "Azərsu” komandasına göz açmağa imkan verməyib – 42:14.

"Azəryol” 34 xalla çempionatın vahid lideridir. "İdman Akademiyası” ondan 8 xal geri qalır. "Qarabağ” 24 xalla üçüncüdür. "Azərsu”nun 9, U-16-nın 3 xalı var.


24747 oxunub

InvestAZ