XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya kuboku: Gimnastımız təsnifat mərhələsində uğurla çıxış edib
İdman 12:58 / 10.03.2023

Azərbaycan təmsilçisi İvan Tixonov Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında turnikdə proqramını təqdim edib.Təmsilçimizin çıxışı hakimlər tərəfindən 13,933 xalla qiymətləndirilib. Hazırda gimnastımız birinci pillədə qərarlaşıb.

Yarışlarda rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.

Dünya kuboku yarışlarının yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.



24341 oxunub

InvestAZ