XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçilərimiz Seriya A turnirində mübarizəyə başlayırlar
İdman 12:24 / 10.03.2023

Bu gün Türkiyənin Konya şəhərində mövsümün 2-ci Karate1 Seriya A turnirinə start veriləcək.Nüfuzlu yarışda 10 idmançımız, o cümlədən qadınlardan Xumar Əlibəyova (50 kq), Suada Kərimova (55 kq), kişilər arasında isə Mircəlal Ələsgərov, Ramil Baxşəliyev (60 kq), Hüseyn Məmmədli (67 kq), Samir İbrahimova, Məcid Əmirov, Tural Ələkbərli, Tale Yaqubov və Nicat Kərimli (75 kq) mübarizə aparacaq. Milli komandanın üzvlərini AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəsi Akif Kərimov müşayiət edəcək.

Konyadakı turnirdə 76 ölkədən mindən çox karateçi iştirak edir. Karate1 silsiləsindən Seriya A turnirlərində dünya reytinqinin 32-ci pilləsindən aşağı yer tutan idmançılar mübarizə aparır.Turnirə martın 12-də yekun vurulacaq.



23090 oxunub

InvestAZ