XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov: “Son dövrlərdə klubların sayı artırılıb”
İdman 12:03 / 07.03.2023

Ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Dövlətimizin başçısı İlham Əliyev ölkədə bütün idman növləri, xüsusilə də futbol ilə yaxından maraqlanır. Bunu AFFA-nın hesabat konfransında çıxış edən gənclər və idman naziri Fərid Qayıbov deyib.

Ölkəmizdə güclü idman infrastrukturunun yaradıldığını diqqətə çatdıran nazir qeyd edib ki, futbol çox populyar idman növüdür. Nazirliyin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı dövlət qurumları arasında minifutbol yarışı təşkil olunub. Yarışın qrup mərhələsinə artıq yekun vurulub. "Etiraf etməliyəm ki, yarışa maraq çox böyükdür. Komandalar baxımlı oyun nümayiş etdirir və yarış gərgin idman mübarizəsi şəraitində davam edir”, -deyə nazir vurğulayıb.

F.Qayıbov son dövrlərdə klubların sayının artırıldığını bildirib. Nazir bu istiqamətdə işlərin davam edəcəyinə inandığını qeyd edib. "AFFA-nın keçmiş baş katibi artıq FIFA-da çalışır. Bu, böyük nailiyyətdir. Bizim nümayəndələrin yüksək vəzifələrə keçməsini istəyirəm. "Qarabağ” klubunu təbrik edirəm. Güclü Avropa klubları kimi oynayırıq. Biz AFFA-nın yanındayıq. Son dövrlərdə klubların sayı artırılıb. Bu istiqamətdə işlərin davam edəcəyinə inanıram. Maddi-texniki baza üzərində birlikdə çalışmalıyıq. Fürsətdən istifadə edib FIFA və UEFA-ya da təşəkkürümü bildirirəm”.


24023 oxunub

InvestAZ