XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“İdman Akademiyası” liderliyini davam etdirir
İdman 09:03 / 07.03.2023

Kişi həndbolçular arasında Azərbaycan çempionatının ikinci dövrəsinin növbəti turlarına yekun vurulub. "AHF Arena”da XVII tura "İdman Akademiyası” - U-16 görüşü ilə start verilib.

Çempionatın lideri – "İdman Akademiyası” bu qarşılaşmada rəqibinə böyük xal fərqi ilə qalib gəlib – 33:18.

"Məhsul” - RİOEUGİM matçında meydança sahibləri daha təcrübəli olsalar da, fasiləyədək öz üstünlüklərindən istifadə etməkdə çətinlik çəkiblər – 15:14. İkinci hissədə təşəbbüsə yiyələnən "Məhsul” həndbolçuları azarkeşlərini inamlı qələbə ilə sevindiriblər - 42:23.

Turun sonuncu görüşündə "Dinamo” komandası "Bakı”ya 39:29 hesabı ilə qalib gəlib.

XVIII turun oyunları da favoritlərin üstünlüyü şəraitində keçib. Bu, qeydə alınan nəticələrdə də təsdiqini tapıb. "İdman Akademiyası” "U-16”nı 41:22, "Məhsul” RİOEUGİM-i 42:31, "Dinamo” isə "Bakı” komandasını 39:32 hesabı ilə məğlub edib.

Beləliklə, çempion adı uğrunda mübarizə aparan komandaların yarış cədvəlinə "İdman Akademiyası” 39 xalla liderlik edir. "Məhsul” 29 xalla ikinci yerdədir. İlk üçlüyü 27 xalla "Təhsil” qapayır. Dördüncü pillədə qərarlaşan "Dinamo”nun hesabında 24 xal var. RİOEUGİM və U-16 komandaları hərəyə 3 xal qazanıblar. "Bakı” 1 xalla autsayderdir.



23868 oxunub

InvestAZ