XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Milli Karate Federasiyasına yeni baş katib təyin olundu
İdman 14:48 / 05.03.2023

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibinin adına aydınlıq gəlib. Federasiyadan verilən məlumata görə, bu post Qabil Sayadova tapşırılıb. O, ötən il noyabrın sonunda bu vəzifəyə təyin edilmiş Camal Murtuzəliyevi əvəzləyib.

Qeyd edək ki, WFKU-nun (World Full Contact Karate Union) Azərbaycanda rəsmi nümayəndəsi, Avropa Kyokuşin Karate Təşkilatının kata və kumite üzrə A kateqoriyalı referisi, beynəlxalq dərəcəli 5-ci dan qara kəmər ustası, Azərbaycan Full Kontakt və Kyokuşin Karate Federasiyasının Hakimlər Komitəsinin sədri və baş hakimi Q.Sayadov, həmçinin Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun məşqçi müəllimi olmuş, Xətai İdman Mərkəzi və Araz-Zəngilan Peşəkar İdman Klubunun təsisçisi və rəhbəridir.



29278 oxunub

InvestAZ