XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol Liqasında XX tur başa çatdı
İdman 20:53 / 05.03.2023

Azərbaycan Basketbol Liqasında XX turun oyunları keçirilib. Turun açılış matçında NTD və "Gəncə” komandaları üz-üzə gəlib. "Sərhədçi” İdman Mərkəzində keçirilən görüş NTD-nin 91:85 hesablı qələbəsi ilə başa çatıb. NTD bu qələbə ilə yenidən çempionatın vahid lideri olub.

"Sərhədçi” İdman Mərkəzində keçirilən turun digər oyununda "AAAF Xırdalan” və "Olimpik Şəki” basketbolçuları qarşılaşıb. Oyunun ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə xırdalanlılar 100-77 hesablı qələbə qazanıblar.

Turun növbəti oyununda iki paytaxt komandası - "Sabah” və "Sərhədçi” komandaları üz-üzə gəlib. Gərgin oyunun sonunda "Sabah” basketbolçuları 100-92 hesablı qələbə qazanıblar.

Martın 5-də Astara Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XX turunun sonuncu oyunu keçirilib. "Zirvə Astara" komandası doğma meydanda "Neftçi" basketbolçularını qəbul edib.

Görüşə inamla başlayan Astara təmsilçisi sonradan üstünlüyü əldən versə də, Zaur Paşayevin dördüncü dövrədəki əzmkar oyunu sayəsində 89:81 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, XXI turun oyunları martın 8-12-də təşkil olunacaq.



24755 oxunub

InvestAZ