XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paytaxtımız “AGF Trophy” beynəlxalq turnirinə ev sahibliyi edəcək
İdman 11:35 / 06.03.2023

Aprelin 14-dən 16-dək Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü "AGF Trophy” beynəlxalq turniri keçiriləcək. Budəfəki yarışda gənc bədii gimnastlara böyüklər də qoşulacaqlar.

Azərbaycan ilk dəfə olaraq 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında "AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də eyni məkanda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.



25616 oxunub

InvestAZ