XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakıda keçiriləcək Avropa çempionatının püşkü atıldı
İdman 20:35 / 05.03.2023
"Şahdağ” yay-qış turizm mərkəzində mayın 17-21-də Bakıda keçiriləcək bədii gimnastika üzrə 39-cu Avropa çempionatının püşkü atılıb. Tədbirdə Avropa Gimnastikasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Yevangeliya Trikomiti, komitə üzvləri Yelena Aliprandi, Yevgeniya Vilyayeva, Eliso Bedoşvili, Aleksanda Piskupesku, İzabel de Kossio, Kristiana Todorova, AGF-in İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva, federasiyanın baş katibi Nurlana Məmmədzadə, idman direktoru Natalya Bulanova və digər nümayəndələr iştirak ediblər.
Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü ilə ölkəmizdə gimnastika növü üzrə mötəbər yarışın püşkatma mərasimi ilk dəfə paytaxt Bakıda deyil, bölgədə təşkil olunub. Avropa çempionatının Azərbaycanda keçirilməsi barədə qərar ötən il iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.
Xatırladaq ki, paytaxtımız 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.

24311 oxunub

InvestAZ