XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



NTD yenidən liderliyi ələ keçirdi
İdman 09:20 / 02.03.2023

Azərbaycan Basketbol Liqasında XX tura start verilib. Açılış matçında NTD və "Gəncə" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş NTD-nin 91:85 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə NTD yenidən çempionatın vahid lideri olub.

Oyunun ən məhsuldar oyunçuları NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (23 xal, 7 ribaund) seçiliblər.

Qeyd edək ki, turun "AAAF Xırdalan" - "Olimpik Şəki", "Sabah" - "Sərhədçi PİK" və "Zirvə Astara" - "Neftçi İK" oyunları martın 4-5-də keçiriləcək.



25588 oxunub

InvestAZ