XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



FİFA "bəla"dan qurtulmaq istəyir
İdman 12:58 / 02.03.2023

FİFA futbolda zaman itkisinin qarşısını almaq məqsədi ilə bir sıra yeni qərarlar qəbul etməyə hazırlaşır.

"Marca" məlumat yayıb ki, dünyanın ali futbol qurumunun fikrincə itirilmiş zaman futbol üçün bir "bəla"dır. Ona görə də FİFA həftəsonu Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) iclasında bu mövzuda yeni qərarları qəbulunu müzakirə edəcək.

Bildirilir ki, qurum iyun ayından etibarən oyunlarda qol sevincinə sərf olunan vaxtı da görüşün əsas vaxtına əlavə etmək niyyətindədir.

Daha əvvəl FİFA DÇ-2022-də də vaxt itkisinin qarşısını almaq məqsədi ilə bir neçə sınaq həyata keçirmişdi. FİFA mundialı idarə edən hakimlərə oyunun dayanması zamanı dəqiq olaraq nə qədər vaxt sərf olunduğunu hesablamağı tapşırmışdı. Ona görə də görüşlərə əlavə olunan dəqiqələr 4-5 dəqiqəyədək artmışdı.


28260 oxunub

InvestAZ