XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sabah ölkə çempionatında növbəti oyunlara start veriləcək
İdman 14:09 / 01.03.2023

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı müəyyənləşib. IV dövrənin matçlarına martın 2-də və 3-də start veriləcək.

Martın 2-də qadınlar arasında Yüksək Liqada X tur baş tutacaq. Həmin gün ilk olaraq meydana "Azərreyl” - "Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə "Abşeron” və UNEC üz-üzə gələcək.

Kişilərin mübarizəsində X tur martın 3-də gerçəkləşəcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da "Neftçi” və "Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK - "Xarı bülbül” dueli start götürəcək.


24784 oxunub

InvestAZ