XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



PFL tərəfdaşlıq müqaviləsi imzalayıb
İdman 12:45 / 01.03.2023

Peşəkar Futbol Liqası (PFL) və "Modern Hospital” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni liqanın media və marketinq direktoru Sənan Abdullayev və "Modern Hospital”ın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Azər Rza imzalayıblar.

Sənan Abdullayev bildirib ki, idman, xüsusən də futbol sahəsində böyük təcrübəyə malik "Modern Hospital”la tərəfdaş olmaq çox xoşdur. Bilirik ki, futbol klubları ilə əməkdaşlıq etmisiniz. Bu, bizim üçün də sevindirici haldır. Qarşıda geniş planlarımız olduğundan bizi daha gərgin iş gözləyir. Əməkdaşlarımızın bu yeniliklərə daha sağlam, daha hazırlıqlı olması üçün sizinlə tərəfdaşlığımızın önəmli rol oynayacağına əminik. Ümid edirik ki, bu anlaşmadan hər iki tərəf razı qalacaq və tərəfdaşlığımız uzunmüddətli olacaq.

Azər Rza da öz növbəsində anlaşmadan məmnunluq ifadə edərək deyib: "İdman sahəsində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq bizim üçün artıq ənənə halını alıb. Bu sahədə beynəlxalq təcrübəyə sahib tibbi personalımıza güvənimiz sonsuzdur. Bunun məntiqi nəticəsidir ki, hər il onlarla beynəlxalq idman yarışının tibbi tərəfdaşı oluruq”.

Tərəflər arasında tərəfdaşlıq müqaviləsi 1 il müddətinə nəzərdə tutulub.


24250 oxunub

InvestAZ