XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Messiyə səs verən “Real”ın futbolçusu özünə bəraət qazandırdı
İdman 18:17 / 28.02.2023

"Real” klubunun müdafiəçisi David Alabanın ötən gün Fransada təşkil olunan "The Best” mükafatı üçün səsvermə mərasimində Lionel Messini ilk sırada qeyd etməsi Madrid azarkeşləri arasında böyük səsküyə səbəb olub. Narazı fanatlar Alabanı komandanı tərk etməyə çağırıblar.

Avstriya millisinin kapitanının komanda yoldaşı bununla bağlı açıqlama verib. "Mən Avstriya millisinin kapitanı kimi səsvermədə iştirak etdim. Verilən bu səs mənim şəxsi seçimim deyil. Bu seçimi bütün Avstriya millisinin ortaq razılaşması əsasında millinin kapitan olaraq etmişəm”, - deyə David Alaba bildirib.


23410 oxunub

InvestAZ