XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Səsvermədə Messini seçən futbolçu təhqirlərlə üzləşdi
İdman 13:34 / 28.02.2023

İspaniyanın "Real” klubunun müdafiəçisi David Alaba "kral klubu”nun azarkeşlərinin qəzəbi ilə üzləşib. Buna onun FIFA-nın ilin ən yaxşı oyunçusuna verilən "The Best” mükafatı üçün səsverməsində Lionel Messini ilk sırada qeyd etməsi səbəb olub. Avstriya millisinin kapitanının komanda yoldaşı Kərim Benzemaya deyil, uzun illər "kral klubu”nun əzəli rəqibi "Barselona”da çıxış etmiş Messini seçməsi fanatları hiddətləndirib.

Azarkeşlər sosial şəbəkələrdə müdafiəçinin ünvanına tənqid və təhqirlər yazıblar. "Twitter”də "Alabaout” həştəqi trendə olub. Narazı fanatlar bununla onu komandanı tərk etməyə çağırıblar.


28783 oxunub

InvestAZ