XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Sablyaçılarımız Avropa çempionatında iştirak edəcəklər
İdman 19:18 / 27.02.2023

Estoniyanın paytaxtı Tallində keçirilən yeniyetmə və gənclərin Avropa çempionatında qılıncoynatmanın sablya növü üzrə gənc oğlanların şəxsi yarışında qaliblər müəyyənləşib. Azərbaycan sablyaçılarından Murad Əkbərov (4 qələbə), Maqsud Hüseynli (3 qələbə) və Saleh Məmmədov (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Qrupdakı qələbələrin sayına görə birbaşa 32-liyə yüksələn Əkbərov bu raundda polşalı Benedikt Denkievitsə 15:13 hesabı ilə qalib gəlib. O, 1/4 finala yüksəlmək uğrunda görüşdə turnirin qalibi Marko Mastrulloya 12:15 hesabı ilə uduzub.

Hüseynli pley-offda keçirdiyi ilk qarşılaşmada ispaniyalı Xayme Florezə 15:13 hesabı ilə qalib gəlsə də, 1/8 finala gedən yolda rumıniyalı Radu Nituya məğlub olub - 6:15.

1/32 finala Məmmədov bu mərhələdə ukraynalı Dmitrii Kolobaievlə bacarmayıb - 4:15. Ayxan Xasıyev isə pley-offa yüksələ bilməyib.


28002 oxunub

InvestAZ