XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Olimpiya mükafatçımız karyerasını başa vurdu
İdman 14:53 / 27.02.2023
Azərbaycanın tanınmış cüdoçusu Rio-2016 Yay Olimpiya Oyunlarnın gümüş mükafatçısı Elmar Qasımov peşəkar karyerasını başa vurub. 33 yaşlı idmançı bu barədə Azərbaycan Cüdo Federasiyasını məlumatlandırıb. 100 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız cüdonun onun həyatında mühüm rol oynadığını bildirib: "Karyeram ərzində hər zaman möhtərəm Prezident İlham Əliyevin bütün idmançılara olduğu kimi, diqqət və qayğısını hiss etmişəm. Buna görə də ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. Həmçinin, bu yolda məni müşayiət edən məşqçilərim Fərhad Məmmədova, Əli Dərvişova, Ağayar Axundzadəyə, Hacıağa Hacıəhmədova, Mövlud Mirəliyevə, o cümlədən əldə etdiyim nailiyyətlərdə mənə dəstək olan Azərbaycan Cüdo Federasiyasına, yığmanın tibbi və texniki heyətinə təşəkkür edirəm. Hazırda hədəflərim başqadır və diqqətimi yeni planlarıma yönəltmək istəyirəm”.
Xatırladaq ki, Elmar Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb. O, dünya çempionatının bürünc mükafatçısı və Avropa çempionatının üçqat mükafatçısıdır. İki dəfə nüfuzlu "Masters” turnirinin qalibi olmaqla yanaşı, "Böyük dəbilqə” və Qran-pri yarışlarında ümumilikdə 18 medal qazanıb.


23567 oxunub

InvestAZ