XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçumuz bürünc medalı təmin etdi
İdman 11:14 / 24.02.2023

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja” beynəlxalq turnirində yarımfinala yüksəlib. +92 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın 1/4 final mərhələsində Narenderi (Hindistan) məğlub edib.Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Boksçumuz yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda özbəkistanlı Bahodir Jalolovla döyüşəcək. Görüş fevralın 25-də olacaq.

Qeyd edək ki, turnirin 1/4 finalında daha 2 boksçumuz qüvvəsini sınayacaq. Malik Həsənov (63,5) Mujibillo Tursunovla (Özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcək. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək.


22790 oxunub

InvestAZ