XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qılıncoynadanımız Avropa çempionatında medalsız qaldı
İdman 09:34 / 22.02.2023

Estoniyanın paytaxtı Tallin şəhərində yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatına start verilib. Çempionatın ilk yarış günündə yeniyetmə qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Sablya üzrə yeniyetmə qızların şəxsi yarışında ölkəmizi Zərifə Hüseynova, Fidan Quliyeva, Fərəh Abbasova və Valentina Zeynalova təmsil ediblər. İki il əvvəl Misirin paytaxtı Qahirədə keçirilən yeniyetmə və gənclərin dünya çempionatında yeniyetmə qız sablyaçıların şəxsi yarışında bürünc medal qazanan Zərifə Hüseynova bu dəfə Avropa çempionatında eyni uğuru təkrarlamağa yaxın olsa da, yarımfinalın bir addımlığında məğlub olub.

Qrup mərhələsində 4 qələbəsi olan Z.Hüseynova pley-offda keçirdiyi ilk görüşdə estoniyalı Taissija Baburinaya 15:7 hesabı ilə qalib gələrək ən güclü 32-liyə yüksəlib. Ardınca isveçli Emma Ohmanı (15:8), rumıniyalı Aleksandra Mitrusu (15:9) mübarizədən kənarlaşdıran Z.Hüseynova ən güclü 8-liyə vəsiqə qazanıb. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə təmsilçimiz rumıniyalı rəqibi Anastasia Fuseaya 14:15 hesabı ilə uduzub.

Digər təmsilçilərimizdən Fidan Quliyeva (4 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Matilda Babandoya 15:12 hesabı ilə qalib gələn idmançımız növbəti görüşündə Rumıniya qılncoynadanı Rosamarie Benciuya (10:15) uduzub. Qrupda 3 qələbəsi olan Fərəh Abbasova ilk pley-off görüşündə Türkiyə sablyaçısı Damla Demirkola (13:15) məğlub olub. Valentina Zeynalova isə pley-offa yüksələ bilməyib.

Yarışın ilk günündə yeniyetmə şpaqaçı oğlanların şəxsi yarışında da mübarizəyə yekun vurulub. Bu növdə yeniyetmə oğlanlar arasında yeganə təmsilçimiz Mirxətai Məmmədov çıxışını qrup mərhələsində (2 qələbə) başa vurub.


23034 oxunub

InvestAZ