XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: Bu gün 1/8 finalın ilk oyunlarına yekun vurulacaq
İdman 10:19 / 22.02.2023

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Son oyun günündə də iki qarşılaşma təşkil olunacaq. Turnirin favoritlərindən "Mançester Siti"( İngiltərə) Almaniya səfərində "Leyptsiq"in qonağı olacaq. Niderlanddan olan Türkiyə əsilli Serdar Gözübüyükün idarə edəcəyi qarşılaşmaya Bakı vaxtilə 00:00-da start veriləcək.

Gecənin digər oyunu isə İtaliyada təşkil olunacaq. "İnter" "Cüzeppe Miatsa”da Portuqaliyanın "Portu" komandasını qəbul edəcək. Bakı vaxtilə saat 00:00-da başlayacaq matçı serbiyalı baş hakim Srcan Yovanoviç idarə edəcək.


22940 oxunub

InvestAZ