XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycanda daha bir federasiyada prezident seçkiləri keçirildi
İdman 16:14 / 21.02.2023

Fevralın 21-də Azərbaycan Elektron İdman Növləri Federasiyasının hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Konfransda federasiyanın prezidenti Ramil Əliyevin hesabatı dinlənilib. Sonra federasiyaya prezident seçkiləri keçirilib. Səsvermə nəticəsində Adil Mahmudov federasiyanın yeni prezidenti seçilib.

A.Mahmudov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun bundan sonrakı fəaliyyəti və görüləcək işlər barədə danışıb.

Yığıncaqda, həmçinin Oqtay Qasımzadə və Ramil Əliyev federasiyanın vitse-prezidenti vəzifəsinə, Ənvər Hüseynov, İmamir Mirzoyeva və Məmməd Əlizadə isə İdarə Heyətinə üzv seçiliblər.


23247 oxunub

InvestAZ