XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Otuza yaxın ölkə BOK-dan izahat tələb edir
İdman 12:08 / 21.02.2023

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da daxil olmaqla 30-a yaxın ölkə Rusiya və Belarus idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakına qarşı çıxıb.

Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK)-a birgə etiraz məktubu ünvanlanıb.

Həmin ölkələr Rusiya və Belarus idmançılarının neytral statusda nüfuzlu yarışlarda mümkün iştirakı məsələsi ilə bağlı BOK-dan izahat tələb ediblər. Bildirilib ki, təfərrüatlar aydınlaşanadək iki ölkə təmsilçiləri beynəlxalq yarlşlarda iştirak etməməlidirlər: "Biz Rusiya və Belarus idmançılarının Olimpiya oyunlarında neytral statusda iştirak etmələrinin nə dərəcədə məqbul olmasından narahatıq. Rusiya idmançıları ilə hərbçiləri arasında möhkəm əlaqələr bizi də narahat edir. Ümumi mövqeyimiz həmişə milli mənsubiyyətə görə ayrı-seçkiliyin yolverilməzliyi olub, lakin bu narahatlıqlar BOK çərçivəsində həll edilməlidir", - məktubda vurğulanıb.

Qeyd edək ki, Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub.


29394 oxunub

InvestAZ