XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ağır çəkidə ən yüksək nailiyyət
İdman 17:40 / 20.02.2023

Cüdo üzrə yığma komandamızın üzvü Zelim Kotsoyev Olimpiya reytinqində 100 kq çəki dərəcəsində ilk pilləyə yüksəlib. 25 yaşlı idmançı buna İsrailin Tel-Əviv şəhərində keçirilən "Böyük dəbilqə” turnirində qızıl medal qazanmaqla nail olub. O, finalda bunadək reytinqə başçılıq edən niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda idmançının aktivində 2 250 xal var.

Qeyd edək ki, Z.Kotsoyev daha əvvəl böyüklər arasında Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında, İsraildə keçirilmiş Masters turnirində və Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə bürünc medal qazanıb.


23123 oxunub

InvestAZ