XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Millimizin oyunlarının təqvimi açıqlandı
İdman 10:06 / 21.02.2023

Avropa çempionatının 2022-2023-cü illər mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb. UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları martın 22-də, 25-də və 28-də Bosniya və Herseqovinada təşkil olunacaq.

B Liqasının ikinci qrupunda mübarizə aparacaq komandamız ilk oyununu martın 22-də Qazaxıstan seçməsinə qarşı keçirəcək. Futbolçularımız martın 25-də Bosniya və Herseqovina, ayın 28-də isə Monteneqro ilə üz-üzə gələcəklər.


22830 oxunub

InvestAZ