XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



BCF Akademiyasının məşqçilik üzrə sertifikat proqramı başa çatdı
İdman 09:38 / 21.02.2023

Bakıda Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının birinci səviyyə cüdo məşqçiliyi sertifikatı proqramı çərçivəsində yekun təlimlər və imtahanlar keçirilib. Azərbaycan Cüdo Federasiyasının Akademiya ilə 2022-ci ilin martından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 79 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar. Altmış səkkiz məşqçi imtahanı uğurla başa vuraraq birinci səviyyə cüdo məşqçiliyi sertifikatı əldə edib. BCF Akademiyasının proqramında iştirak edən hər bir məşqçiyə Beynəlxalq Olimpiya Komitəsinin iştirakçı sertifikatı təqdim olunub.


20602 oxunub

InvestAZ