İdman 11:14 / 16.02.2023
"Qarabağ” komandası bu gün futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu keçirib. Azərbaycanın təmsilçisi Bakıda Belçikanın "Gent” komandasını qəbul edib. Qarşılaşmadan əvvəl futbolçular meydana "Yanınızdayız” pankartı ilə çıxıblar. Eləcə də Türkiyədə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun "Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Matçda vurulan yeganə qolun müəllifi 78-ci dəqiqədə fərqlənən Leandro Andrade olub. "Qarabağ” minimal hesablı qələbə ilə pley-off mərhələsinin ilk oyununda rəqib üzərində üstünlük əldə edib. Bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.