XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Borussiya Dortmund” və “Benfika”dan qələbə
İdman 08:26 / 16.02.2023

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib. Gecənin maraqla gözlənilən oyunu Almaniyada təşkil olunub. Dortmundun "Borussiya" klubu "Siqnal İduna Park" stadionunda İngiltərənin "Çelsi" omandasını qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçada vurulan yeganə qolun müəllifi Kərim Adeyemi olub. O, qarşılaşmanın 63-cü dəqiqəsində "zadəganlar”ın qapısına yol tapmaqla cavab qarşılaşması ərəfəsi komandasına üstünlük qazandırıb.

Gecənin digər oyunu Belçikada oynanılıb. "Brügge" klubu "Yan Breydel” stadionunda Portuqaliyanın "Benfika” komandasını qəbul edib. Oyun qonaqların 2:0 hesabı ilə başa çatıb. "Benfika”nın heyətində 51-ci dəqiqədə penaltidən Joau Mariu və 88-ci dəqiqədə David Neres fərqlənib.



23197 oxunub

InvestAZ