İdman 14:33 / 15.02.2023
Türkiyənin daha üç voleybolçusu ölkədəki zəlzələ nəticəsində dünyasını dəyişib. Bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.
"Rasus Kimya Hatay"ın oyunçularından Gözde Öztürk, Dilek Mucuk və Ahsen Baş vəfat ediblər.
Daha əvvəl bir neçə voleybolçu dazəlzələzamanıdağıntılar altında qalaraq həlak olmuşdu.
Qeyd edək ki,təbii fəlakət nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirilir.