XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Diyarbakırspor”, “Kahramanmaraşspor” və “Osmaniyespor” çempionatda çıxışını dayandırdı
İdman 12:17 / 15.02.2023

Türkiyənin daha 3 klubu ölkədə baş vermiş zəlzələ səbəbindən cari mövsüm yer aldığı çempionatda çıxışını dayandırıb. Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. O bildirib ki, II Liqadan "Diyarbakırspor”, III Liqadan isə "Kahramanmaraşspor”la "Osmaniyespor”un tələbi müsbət cavablandırılıb.

Federasiya prezidenti eyni zamanda "Sivas Belediyespor”, "Tarsus İdmanyurdu” və "Niğdespor”un da analoji müraciət ünvanladıqlarını vurğulayıb. Lakin çempionatlarında son sıralarda qərarlaşdıqları üçün onların tələbi qəbul edilməyib.

Qeyd edək ki, buna qədər "Hatayspor” və "Qaziantep”in Super Liqada, "Yeni Malatyaspor”la "Adanaspor”un I Liqada, "Adıyaman”ın II Liqada, "Niğde Anadolu” və "Malatya Arguvanspor”un isə III Liqada çıxış etməyəcəyibildirib.

Klublar turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq 2023/2024 mövsümündə hazırkı liqalarda mübarizə apara biləcəkər.


25326 oxunub

InvestAZ