İdman 11:12 / 15.02.2023
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu təşkil olunacaq. Gecənin maraqla gözlənilən oyunu Almaniyada baş tutacaq. Dortmund təmsilçisi "Borussiya" "Siqnal İduna Park"da İngiltərənin "Çelsi" klubunu qəbul edəcək. Oyunu ispaniyalı FIFA referisi Xesus Gil Manzano idarə edəcək.
Gecənin digər oyunu isə Belçikada təşkil olunacaq. "Yan Breydel" stadionundakı qarşılaşmada "Brügge" klubu "Benfika" ilə üz-üzə gələcək. Qarşılaşmanın baş hakimi italiyalı Davide Massa olacaq.
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.