XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Kanada da dünya çempionatlarını boykot etdi
İdman 10:34 / 15.02.2023
Kanada Boks Federasiyası bu il qadınlar və kişilər arasında keçiriləcək dünya çempionatından imtina edib. Bu barədə qurumun prezidenti Rayan Oşi məlumat verib. Federasiya rəsmisi Rusiya və Belarus idmançılarının öz bayraqları altında turnirlərə buraxılması səbəbindən bu addımı atdıqlarını söyləyib. O, Olimpiya idman növü kimi boksun gələcəyi ilə bağlı ciddi narahatlıqlarının olduğunu diqqətə çatdırıb.

Daha əvvəl ABŞ, Çexiya və İrlandiya da eyni addımı atıb.İngiltərə millisi isə qadınlar arasındakı mundiala qatılmaqdan imtina edib.

Bu il qadınların turniri martda Hindistanın paytaxtı Yeni Dehlidə, kişilərin yarışı isə mayda Özbəkistanın paytaxtı Daşkənddətəşkil olunacaq.


26973 oxunub

InvestAZ