XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Basketbol millimiz Ermənistanla eyni qrupa düşdü
İdman 10:02 / 15.02.2023

Basketbol üzrə yığma komandalarımızın Avropa çempionatındakı rəqibləri müəyyənləşib. İyulun 18-23-də Andorrada 16 yaşadək qızlar arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək. B qrupunda yer alan millimiz Andorra, Moldova və Albaniya seçmələri ilə üz-üzə gələcək.

İyulun 19-27-də Kosovoda 16 yaşadək oğlanlar arasında Avropa çempionatının C divizionunun matçları oynanılacaq. U-16 yığmamız B qrupunda Albaniya, Kipr, Ermənistan və San-Marino komandalarına rəqibi olub.

On səkkiz yaşadək oğlanlardan ibarət millimiz iyulun 29-dan avqustun 6-dək Bakıda Avropa çempionatının C divizionunun A qrupunda Malta, Kipr və Moldova komandaları qarşılaşacaq.


22599 oxunub

InvestAZ