XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ”ın oyunu İsveçdən olan hakimlər briqadasına tapşırıldı
İdman 10:53 / 14.02.2023

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ” - "Gent” oyununu idarə edəcək hakimlər müəyyənləşib. "Köhlən atlar”ın Belçika klubu ilə oyunu İsveçdən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Məhəmməd Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək. Polşalı Bartosz Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Ryan UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 23-də Belçikada keçiriləcək.


23365 oxunub

InvestAZ