XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımız ilin ilk turnirini 5 medalla başa vurdular
İdman 14:43 / 12.02.2023

Mərakeşdə keçirilən boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. 57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan boksçumuz yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib.

Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. N.İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.

86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes isə gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən dünya çempionumuz fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Komandamızın heyətində bürünc medallara isə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) sahib çıxıblar.

Beləliklə, millimiz 34 ölkədən 201 boksçunun iştirak etdiyi ilin ilk turnirini 5 medalla başa vurub. Baş məşqçi Pedro Rokenin rəhbərlik etdiyi yığmamız bu nəticə ilə kişi komandaları arasında ikinci yeri tutub. Birinci pillədə Rusiya (9-2-0) boksçuları qərarlaşıb. İtaliya komandası isə 1 qızıl, 1 gümüş və 1 bürünc medalla üçüncü olub.

Yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700 və üçüncüsü 500 reytinq xalı əlavə edib.


21958 oxunub

InvestAZ