XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qadın cüdoçularımız Göygöldə hazırlıq keçirlər
İdman 10:04 / 13.02.2023

Qadın cüdoçulardan ibarət yığma komandamız Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak edir. Yığmamızın 24 üzvünün iştirak etdiyi hazırlıq prosesi fevralın 17-dək davam edəcək. Təlim-məşq toplanışının keçirilməsində məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərini keçərək bacarıqlarını təkmilləşdirmək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməkdir.

İdmançılarımıza qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edirlər.



28674 oxunub

InvestAZ