XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yüksək Liqada ikinci dövrə başa çatdı
İdman 09:44 / 10.02.2023
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrəyə yekun vurulub. VI turda "Abşeron" "Murov”la , UNEC isə "Azərreyl”lə üz-üzə gəlib. Voleybol Mərkəzində təşkil olunan turun ilk matçında Famil Ağayevin baş məşqçi olduğu komanda qalib gəlib. "Abşeron" ilk iki hissəni 25:22, 25:19 hesabı ilə öz xeyrinə başa vursa da, üçüncü setdə sevinən tərəf "Murov” olub - 25:17. Dördüncü hissəni hesabına yazdıran "Abşeron" yekunda qələbə qazanıb - 3:1 (25:22, 25:19, 17:25, 25:21).

Dövrənin son matçı UNEC və "Azərreyl” komandaları arasında keçirilib. "Dəmiryolçular" hər üç setdə rəqibindən üstün olub - 3:0 (25:13, 25:10, 25:7).

Beləliklə, II dövrədən sonra lider "Azərreyl”in 14 , "Abşeron”un 12, "Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.



23806 oxunub

InvestAZ