XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bakı Şəhər Halqası:Bakıda Türkiyədə ki zəlzələ qurbanlarına yardım davam edir
İdman 15:45 / 09.02.2023

Türkiyədə baş vermiş zəlzələ qurbanlarına yardım məqsədilə Bakıda ictimai yardım kampaniyası davam edir. Qardaş ölkəyə dəstək məqsədilə vətəndaşlarımız könüllü olaraq müxtəlif zəruri tələbat məhsullarını Heydər Əliyev adına İdman Konsert Kompleksində (Tbilisi prospekti) təşkil edilən yardım məntəqəsinə çatdırır, burada isə onların toplanması, çeşidlənməsi, tırlara yığılaraq göndərilməsi təmin edilir.

Qeyd edək ki, əsas tələbat məhsulları sırasında təzə geyim, quru qida (bulqur, düyü, şəkər tozu və s.), uşaq bezləri, kişi və qadın gigiyena vasitələri, uşaq yeməklərinə (son istifadə müddətinə ən az 3 ay qalmaqla) xüsusilə zərurət duyulur.

Hazırda Azərbaycan RespublikasınınGənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllüləri yüzlərlə könüllü vətəndaşlarımız ilə bir arada yardım məntəqəsində fəal iştirak edir.

Qeyd edək ki, Məntəqədə yardım hər gün saat 10:00-dan 18:00-a kimi qəbul olunur. Yardım kampaniyası fevralın sonunadək davam edəcək.


23823 oxunub

InvestAZ