XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Qubada beynəlxalq şahmat turniri keçirilir
İdman 14:47 / 08.02.2023

Qubada ilk dəfə "Quba Open” beynəlxalq şahmat turnirinə start verilib. Birinci turdan əvvəl Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Doqquz turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir.

Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır.

Yarışa fevralın 13-də yekun vurulacaq.

Qeyd edək ki, Qüdrət İsmayılovun baş hakimi olduğu yarışın ümumi mükafat fondu 5 min 950 manat təşkil edir.


25075 oxunub

InvestAZ