XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Lebron Ceyms rekordları sıralayır
İdman 12:52 / 08.02.2023

"Los-Anceles Leykers”in basketbolçusu Lebron Ceyms rekorları sıralamaqda davam edir. 39 yaşlı basketbolçu "Oklohama Siti Tander”lə oyunda topladığı ilk 36 xal sayəsində NBA tarixinin ən məhsuldar oyunçusu ünvanını ələ keçirib. O, əfsanəvi Kərim Abdul-Cabbarın 34 illik rekordunu yeniləyib. L.Ceyms görüşün üçüncü hissəsində karyerası ərzində topladığı xalların ümumi sayını 38 388-ə çatdırıb. Ona qədərki bombardir Abdul-Cabbar 1989-cu ildə karyerasını 38 387 xalla başa vurub. NBA tarixinin digər ən məhsuldar basketbolçuları Karl Melon (36 928 xal), Kobi Brayant (33 643) və Maykl Cordandır (32 292).

Altıqat NBA çempionu Lebron Ceyms bu mövsüm hər oyunda orta hesabla 30 xal toplayıb. Onun komandası hazırda NBA Qərb Konfransında 13-cü yerdə qərarlaşır.


9650 oxunub

InvestAZ