XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımızın Paris sınağı 1 dəst medalla yadda qaldı
İdman 09:46 / 06.02.2023

Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. İki gün davam edən nüfuzlu yarışda dünyanın 82 ölkəsindən 520 (315 kişi, 205 qadın) cüdoçu qüvvəsini sınayıb. Millimizyarışda 7 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunub. Tatami ustalarımız Parisdə 1 dəst medala sahib çıxıblar.

Yarışın ilk günündə mübarizəyə başlayan Balabəy Ağayev (60 kq) ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib. Finalda fransalı idmançı Sedrik Revolu məğlub edən cüdoçumuz qızıl medala layiq görülüb. Yarışın ikinci günündə tatami üzərinə çıxan cüdoçumuz Murad Fətiyev (90 kq) Aydar Arapov (Qazaxıstan), Pol Kibikai (Qabon), Loris Tassyer (Fransa), Tiqo Renes (Niderland) və Luka Maysuradzeni (Gürcüstan) üstələyərək finala vəsiqə əldə edib. Həlledici görüşdə niderlandlı Noel Van Endə məğlub olan M.Fətiyev "Böyük dəbilqə”də ikinci yerə sahib çıxıb.

Parisdə komandamıza bürünc medalı isə Zelim Kotsoyev qazandırıb. 1/16 finalda Sedrik Olivara (Fransa), növbəti mərhələdə isə Mərt Şişmanlara (Türkiyə) qalib gələn Zelim 1/4 finalda Cafar Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olub. Cüdoçumuz təsəlliverici görüşdə özbəkistanlı Musafferbek Turoboyevə, bürünc medal uğrunda qarşılaşmada isə belçikalı Toma Nikiforova qalib gələrək üçüncü yerə sahib çıxıb.

Beləliklə, "Böyük dəbilqə” yarışını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vuran Azərbaycan komandası ümmi medal sıralamasında dördüncü yeri tutub.


25577 oxunub

InvestAZ