XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Boksçularımızın rəqibləri müəyyənləşdi
İdman 14:56 / 02.02.2023

Mərakeşdə keçiriləcək boks üzrə Qızıl kəmər seriyasında ilin ilk turnirinin püşkü atılıb. Bu gün start götürəcək yarışda milli üzvlərinin də ilk rəqibləri bəlli olub.

Fevralın 10-dək davam edəcək turnirdə ilk olaraq rinqə Nəbi İsgəndərov (67 kq) çıxacaq. O, 1/8 finalda Atomani Baroufla (Komor adaları) üz-üzə gələcək.

Püşkün nəticəsinə əsasən bu mərhələdə daha 4 boksçu mübarizəyə qoşulacaq.

1/8 final mərhələsi
Tayfur Əliyev (60 kq) – Kərim Abdul (Mali)
Nəbi İsgəndərov (67 kq) – Atomani Barouf (Komor adaları)
Sərxan Əliyev (71 kq) – Sarohatua Lumbantobinq (İndoneziya)
Murad Allahverdiyev (80 kq) – İmam Xatayev (Rusiya)

1/4 final mərhələsi
Məsud Yusifzadə (51 kq) – Duqlas Trindade (Braziliya)
Ümid Rüstəmov (57 kq) – Jan Kaysedo (Ekvador)
Malik Həsənov (63,5 kq) – Qabil Məmmədov (Rusiya)
Mirşərif Kazımzadə (75 kq) – David Mvenekabve (Konqo Demokratik Respublikası)
Məhəmməd Abdullayevə (+92 kq) – Dieqo Lensi (İtaliya)

1/2 final mərhələsi
Alfonso Dominqes (86 kq) – Roberrd Mayxel (İndoneziya)/Endi Lesmes (İspaniya)


23992 oxunub

InvestAZ