XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Zaqreb Open" daha 5 güləşçimiz xalça üzərinə çıxacaq
İdman 10:07 / 02.02.2023

Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open” turniri davam edir. Bu gün Azərbaycanın daha beşgüləşçisi xalça üzərinə çıxacaq. Sərbəst güləşçilərdən92 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dan olan Kollin Raymond Moore ilə üz-üzə gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla görüşəcək.

Qadınların mübarizəsində 50 kq-dakı Mariya Stadnik 1/8 finalda özbəkistanlı Aktenge Keunimyayeva ilə, eyni çəkidəki Türkan Nəsirova təsnifatda Litvadan olan Qabiya Dilyte ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.


24425 oxunub

InvestAZ