XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Məşhur basketbolçudan növbəti rekord
İdman 10:39 / 01.02.2023

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms növbəti dəfə Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb. 39 yaşlı idmançı buna "Nyu-York Niks"i 129:123 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.

Qarşılaşmada tripl-dablla (28 xal, 10 ribaund, 11 assist) yadda qalan təcrübəli oyunçu NBA tarixində 20 mövsümün hər birində bunu bacaran ilk basketbolçudur.

Qeyd edək ki, Lebron Ceyms daha əvvəl NBA komandalarının hamısına qarşı matçlarda ən azı 40 xal toplayan ilk oyunçu adına sahib çıxıb.


24985 oxunub

InvestAZ