XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya kubokunu qazanmış “Land of Fire” komandası Vətənə qayıdıb 
İdman 13:07 / 31.01.2023
İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 38-ci Dünya Kubokunu qazanmış "Land of Fire” komandası Vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunmuş qarşılanma mərasimində Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri, idman ictimaiyyəti, media nümayəndələri və idmançıların yaxınları iştirak ediblər.

Tədbirdə "Land of Fire” polo komandasının kapitanı Elçin Camallı və komandanın üzvü Tərlan Qurbanəliyev jurnalistlərin suallarını cavablandırarkən əldə edilmiş qələbəni İran İslam Respublikasında səfirliyimizə qarşı törədilmiş xain terror aktının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Əsgərov Orxan Rizvan oğlunun əziz xatirəsinə və bütün şəhidlərimizə həsr etdiklərini vurğulayıblar.

Qeyd edək ki, yanvarın 26-da start götürmüş və 6 komandanın iştirak etdiyi turnirdə ölkəni Heydər Əliyev Fondu və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə layiqincə təmsil edən "Land of Fire” komandası keçirdiyi bütün görüşlərdə əzmkarlıq nümayiş etdirərək rəqiblərini məğlub edib və növbəti qələbələrini qazanaraq ikinci dəfə qarüstü polo üzrə Dünya Kubokunun sahibi olub.



25388 oxunub

InvestAZ