XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Karateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaq
İdman 12:55 / 26.01.2023

Karateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaqKarateçilərimiz mövsümün ilk Premyer Liqa turnirində mübarizə aparacaq

Sabah Misirin paytaxtı Qahirədə karate üzrə mövsümün ilk Premyer Liqa turnirinə start veriləcək. Üç gün davam edəcək yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar. Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyevin rəhbərlik etdiyi heyətdə 25 nəfər yer alıb.

Kumite üzrə kişilərdən ibarət millinin baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov müxtəlif çəkilərdə bir neçə idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Əminağa Quliyev və Sultan Hüseynov 60 kq, Tural Ağalarzadə, Firdovsi Fərzəliyev və Nuran Rzazadə 67 kq, Fərid Ağayev 75 kq, Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov 84 kq, Asiman Qurbanlı və Osman Osmanlı isə 84+ kq çəki dərəcəsində döyüşəcəklər. Roman Heydərov kata yarışlarında iştirak edəcək.

Kumite üzrə qadınların baş məşqçisi Denis Morozov turnirdə Fidan Teymurovanı (50 kq), Mədinə Sadiqovanı (55 kq), Renata Ərəblini (61 kq) və İrina Zaretskanı (68 kq) müşayiət edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov 58 ölkədən 382 idmançının mübarizə aparacağı Karate1 Premyer Liqa turnirinin Qahirə mərhələsini idarə edən referilər arasında olacaqlar.


24513 oxunub

InvestAZ