XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



UEFA-dan seçmə mərhələlərlə bağlı dəyişiklik
İdman 22:52 / 25.01.2023

UEFA-danseçmə mərhələlərlə bağlıdəyişiklik UEFA Millətlər Liqası, eləcə də Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatını dəyişib.

UEFA Millətlər Liqası, eləcə də Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatını dəyişib. Bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

2024-cü ildən tədbiq ediləcək yeniliyə əsasən, Millətlər Liqasında "Dördlər finalı"ndan öncə pley-off oyunları keçiriləcək. A Liqasında qrup birinciləri ilə ikinci yeri tutan komandalar, ev və səfərdə olmaqla, 1/4 final matçları keçirəcəklər və qaliblər "Dördlər finalı"na vəsiqə əldə edəcəklər.

Bundan başqa, A Liqasında üçüncü yeri tutanlar B Liqasının ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı diviziona düşməmək və ya əksinə, yuxarı liqaya qalxmaq uğrunda pley-off matçları oynayacaqlar.

Seçmə mərhələlərdə isə qrupların sayı artırılacaq. Ölkələr hərəsində 4 və ya 5 komanda olmaqla 12 qrupa bölünəcək. Qrup qalibləri Avropa və ya dünya çempionatlarına birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan yığmalar isə nüfuzlu turnirlərə ya birbaşa, ya da pley-off matçlarından sonra yollanmaq hüququ əldə edəcəklər.

Həmçinin, UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatında komanda sayının artırılmayacağını açıqlayıb. Yeni format 2024-cü ildən sonra tətbiq olunacaq.


21838 oxunub

InvestAZ