XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilərimiz "Shimkent cup" turnirində yarışacaqlar
İdman 11:00 / 25.01.2023

Stolüstü tennisçilərimiz Qazaxıstanın Çimkənd şəhərində təşkil olunacaq "Shimkent cup" turnirində iştirak edəcəklər. Yanvarın 26-da start veriləcək yarışda böyüklərlə yanaşı, yeniyetmə idmançılar da güclərini sınayacaqlar. Yığma komandanın əsas məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi altında Qazaxıstana 8 idmançı yollanıb.

Həm şəxsi, həm də qoşa yarışlarda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova mübarizə aparacaqlar.

Beynəlxalq turnirə yanvarın 29-da yekun vurulacaq.


24130 oxunub

InvestAZ