XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdo Federasiyası bu il üçün əsas fəaliyyət hədəfləri və planlarını müəyyənləşdirib
İdman 21:43 / 22.01.2023

Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda 2022-ci il üzrə fəaliyyətin nəticələri və 2023-cü il üçün yeni hədəflər müzakirə edilib.

Qeyd edilib ki, ötən il milli yığmaların işinin təşkili, ölkədə cüdonun inkişafı və kütləviləşdirilməsi, fəaliyyətin rəqəmsallaşdırılması, hakimlərin və məşqçilərin peşəkar səviyyəsinin artırılması, maddi-texniki infrastrukturun yaxşılaşdırılması, təhsil layihələrinin reallaşdırılması, daxili yarışların sayının və səviyyəsinin artırılması, regionlarda cüdonun inkişafı istiqamətində hərtərəfli və kompleks fəaliyyət göstərilib.

Həmçinin, 2023-cü il üçün federasiyanın əsas fəaliyyət hədəfləri və planları üzrə sənəd İcraiyyə Komitəsinə təqdim edilib.

2022-ci il üzrə hesabat və cari il üzrə planlar ətrafında aparılan müzakirələr zamanı İcraiyyə Komitəsinin üzvləri görülən işləri yüksək qiymətləndirərək, öz tövsiyələrini və fikirlərini bildiriblər.


26453 oxunub

InvestAZ