XƏBƏR LENTİ
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Türkiyə basketbol üzrə Çempionlar Liqasına ev sahibliyi edəcək
İdman 17:15 / 22.01.2023

Beynəlxalq Basketbol Federasiyası 18 yaşadək oyunçular arasında Çempionlar Liqası yarışının keçirilməsi barədə qərar qəbul edib. Turnirdə Çempionlar Liqasında mübarizə aparan 10 klubun gənclərdən ibarət komandası mübarizə aparacaq.

İlk turnirə Türkiyənin "Tofaş” komandası ev sahibliyi edəcək. Bursada keçiriləcək yarışın final oyunu aprelin 15-də təşkil olunacaq.

Turnirdə "Tofaş” ilə yanaşı, "Bney Qertsliya” (İsrail), "Nimburq” (Çexiya), "Ostende” (Belçika), "Hapoel Yerusəlim” (İsrail), "İqokea” (Bosniya və Herseqovina), "Tenerife” (İspaniya), "Lyudviqsburq” (Almaniya), "Ritas” (Litva) və "Mursiya” (İspaniya) komandaları da birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışın püşkatma mərasimi fevralda keçiriləcək və komandalar iki qrupa bölünəcək.


28092 oxunub

InvestAZ